"AtaHolding"in keçmiş baş direktoru vəzifəsinə qaytarılıb
2019-cu ilin oktyabr ayına qədər "AtaHolding" MMC-nin baş direktoru olmuş Adıgözəl Ağayev vəzifəsinə qaytarılıb.
ENA.az xəbər verir ki, o, bu postda Rəşad Rəsullunu əvəz edib.
Xatırladaq ki, "AtaHolding" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,072 milyon manatdır.