Bank

Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martının 1-nə 1 milyard 297,8 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, fevralının 1-i ilə müqayisədə 0,7% azdır.

Xatırladaq ki, sözügedən göstərici ilin əvvəlinə nisbətən 1,9% çoxdur..

Fevralın sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 7,7% olub. Bu nisbət yanvarın sonuna 7,8%, ötən ilin sonuna 6,4% təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)