Sağlamlıq

Pandemiyadan sonra əvvəlki həyata qayıtmağın 4 SENARİSİ

Bir çox ölkədə həyat demək olar ki, dayanıb: insanlar evdə oturmaq məcburiyyətindədirlər, bir çox müəssisələr bağlanıb, kütləvi tədbirlər ləğv edilib. Pandemiyadan zərər çəkənlərin qarşısında duran əsas sual budur: nə vaxt əvvəlki həyata qayıda biləcəyik?

Bütün bunlar nə vaxt bitəcək? Bu sualın çox sadə cavabı var, hansı ki, sizi qane etməyəcək: kifayət qədər çox insanın COVID-19 infeksiyasına qarşı immuniteti olduqda. Söhbət pandemiyadan əziyyət çəkən ölkələrin əhalisinin 60-80%-dən gedir. Yalnız bu halda xəstəliyin sürətlə insandan insana ötürülməsi prosesi dayanacaq. 

Kollektiv immuniteti formalaşdırmağın iki yolu var: peyvənd yaratmaq və ya sadəcə gözləmək. Şübhəsiz ki, çox insan öləcəkdir. Hər iki yolun sürətli olmadığı aydındır.

Dəqiq proqnozlar yoxdur, çünki səhiyyə orqanlarında kimin yoluxduğu, sağaldığı və ya risk altında olduğu barədə tam məlumat yoxdur. Buna baxmayaraq, mümkün olan ssenarilər artıq müzakirə edilə bilər. 

Ssenari 1: bir-iki ay ərzində

Mütəxəssislər bu ssenarini ən az ehtimal olunan hesab edirlər. O, koronavirusun “birdən-birə ciddi olmayan patogenə çevrildiyi halda” reallaşa bilər. Bu haqda Harvard məktəbinin epidemiologiya professoru Uilyam Henec məlumat verib. 

“Bu yaxınlarda yoluxmuş insanlarda xəstəlik nisbətən yüngül keçir”, – Henec qeyd edir. – Biz başa düşürük ki, bu xəstələrdə koronavirus infeksiyasına qarşı immunitet yaranıb. Hər şey bu ssenariyə uyğun getsə, əla olar”. 

California universitetinin səhiyyə professoru Andrü Noymerin ehtimalları bu qədər ürəkaçan deyil. Əgər insanlar kütləvi şəkildə karantin rejimini pozsalar, yoluxma halların sayı artacaq və zəifləmiş səhiyyə sistemi sıradan çıxacaq. Ancaq sağ qalanlar artıq evdə oturmağa məcbur olmayacaqlar. 

Ssenari 2: üç-dörd ay

“Əgər xəstəlik yüngün formada keçirsə, demək ki, insanda koronavirusa qarşı immunitet yaranır”, – Harvard məktəbinin epidemiologiya professoru Henec bildirir. 

Bu fərziyyəni yalnız uzun müddətli müşahidələr təsdiqləyə və ya təkzib edə bilər. Bunun üçün iki növ test lazımdır: COVID-19 virusun varlığını və immunitetin ona qarşı ifraz etdiyi antikorları aşkar edən testlər. 

Əgər  COVID-19 virusundan sağalmış insanlar risk qrupuna daxil olsalar, hakimiyyət orqanları onları təcrid etməyə başlaya bilərdi. Bu halda sağlam insanlar əvvəlki həyata qayıda biləcəklər. “Məsələn, restoranlar yenidən fəaliyyətə başlaya bilərlər, sadəcə ziyarətçilərin sayı daha az olacaq”, – Henec ehtimal edir. 

Ssenari 3: 12 ayadək

Biz yeni koronavirusun fərqli fəsillərdə necə davrandığını hələ bilmirik. Məsələn, yay fəsli qrip üçün əlverişsizdir. Endrü Noymer deyir ki, mövsümi faktorun olub-olmamasını qarşıdakı iki-üç ayda müəyyən etmək mümkün olacaqdır. 

COVID-19 virusunun yay aylarında daha az intensiv yayıldığı ortaya çıxsa, Şimali yarımkürəsinin sakinləri möhlət alacaqlar. Təmiz havada gəzmək mümkün olacaq, kütləvi tədbirlərə icazə verilməsə də, səyahət etmək olacaq. Hava limanlarında və digər nəqliyyat infrastrukturu obyektlərində xüsusi nəzarət tədbirləri tələb olunacaq. 

Əgər yay aylarında eyni tendensiya müşahidə olunsa, karantin rejiminin sadələşdirilməsini gözləmək lazım deyil. Hər şey tibb müəssisələrinin iş yükündən asılı olacaq. “Bir az asan olacaq. – Uilyam Henec bildirir. – İnsanlar küçədə gəzə, ofislərdə çalışa biləcəklər”. 

Ssenari 4: bir ildən çox

Alimlər qarşısında çox mürəkkəb vəzifə dayanır – peyvənd yaratmaq. The Atlantic ekspertlərinin fikrincə, bu bir ildən tez mümkün olmayacaq. “Bu daha tez baş versə, həkimlər dünya rekordunu qırmış olacaqlar, – Endrü Noymer söyləyir. – Unutmayaq ki, kliniq sınaqlar da əlavə vaxt aparır”. 

Ola bilər ki, bu peyvənd yaradılmasın? Bəli, bu tamamilə realdır. Bu halda insanlar əvvəlki həyata 2021-ci ildən tez qayıda bilməyəcəklər. 

Ən sərt məhdudiyyətlər, çox güman ki, daha əvvəl aradan qaldırılacaq. “Yeni koronavirus göründüyü qədər qəddar deyil ki, bütün ili evdə oturaq. Problem ciddidir, amma biz qorxu filmində deyilik”, – Noymer bildirir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department