Banklardakı əmanətlərin vəziyyəti açıqlandı: 9 AYLIQ TENDENSİYA
2020-ci ilin martın 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 8 milyard 694 milyon 400 min manata çatıb. Fevral ayında bank əmanətlərinin həcmi 105,9 milyon manat artıb. ENA.az xəbər verir ki, Mərkəzi Bankın statistikasına görə artım əsasən fiziki şəxslərin deposit portfelində qeydə alınıb. Hüquqi şəxslərin depozitində isə əksinə azalma qeydə alınıb.
Qeyd edək ki, fevralın 1-də əhalinin əmanətləri 8 milyard 588 milyon 500 min manat təşkil etmişdi.
Əmanətlərin artımında neftin ucuzlaşması ilə əhalinin əlindəki manatı dollara çevirib banka qoymaları mühüm rol oynaya bilər. Mərkəzi Bankın aylıq bank statistikasında depozit portfelinin valyuta ilə ifadəsi göstərilmədiyindən bunu bir qədər sonra açıqlanacaq analitik məlumatlarda yəqin ki görəcəyik.
Martın 1-nə olan məlumat isə aşağıdakı kimidir:
01.03.2020 8694.4
01.02.2020 8588.5
01.01.2020 8637.9
01.12.2019 8681.5
01.11.2019 8811.1
01.10.2019 8605.3
01.09.2019 8561,8
01.08.2019 8580.0
01.07.2019 8736.3
01.06.2019 8622.9
01.05.2019 8715.0
01.04.2019 8339.1
01.03.2019 8214.0
01.02.2019 8075.9
01.01.2019 8375.4