Sosial iqtisadiyyat

Azərbaycanda prokurorlara yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilib.

ENA.az xəbər verir ki, bununla bağlı Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, “Məşğulluq haqqında” qanunun 4.6-4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulduğu hallarda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul ediləcək.

4.6-cı maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan məşğul şəxslər barəsində təqdim edilmiş məlumatları həmin məlumatlar təqdim olunduğu gündən ən geci bir ay müddətində məşğul şəxslərin reyestrinə daxil etməlidir.

4.8-ci maddəyə əsasən isə məlumatlar məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə ən geci bir ay müddətində daxil edilir.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)