Birja

Banklar hərraca daha az manat çıxartdı

Bu gün Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 189 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,96% təşkil etmişdir.

Halbuki, Mərkəzi Bank  bu hərrac vasitəsilə 200 milyon manat (təklif) cəlb edəcəyini açıqlamışdı. Yəni ilk dəfə depozit hərracında tələb təklifdən aşağı düşüb.

29.03.2020-ci il tarixində keçirilmiş depozit hərracında tələb 200,5 milyon manat olmuşdu. Yəni tələbin getdikcə azalması tendensiyası nəticə olaraq onun azalmasında özünü göstərdi. 

Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası məqsədilə həyata keçirilir.  Sterilizasiya artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)