Sağlamlıq

Azərbaycanda vəzifəli şəxs - KORONAVİRUSA YOLUXDU

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçib, nəticə pozitiv çıxıb.

ENA.az xəbər verir ki, bu barədə  68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov məlumat verib.

E.Nəsirov bildirib ki, A.Dilavərov rayonda karantinə yerləşdirilib: “Müalicə davam etdirilir. Özünü yaxşı hiss edir, immuniteti güclüdür. Ümid edirik ki, tez bir zamanda sağalacaq, fəaliyyətini davam etdirəcək”.

(c) Pravda

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)