Sosial iqtisadiyyat

Daha bir ölkə koronavirusa qarşı dərman hazırladı - İKİ NƏFƏR SAĞALDI

ABŞ-da həkimlər koronavirusa çarə olan dərman hazırlayıblar.

ENA.az Lent.az-a  xəbər verir ki, bu barədə “Daily Mail” nəşrində yazı nəşr olunub. Həmin yazıda həkimlərin əvvəlki dərmanların qarışığından yeni bir dərman hazırladığı və onun xəstələrə verildiyi qeyd olunur. Onlardan 2-nin vəziyyətinin yaxşılaşdığı bildirilir.

Həkimlər yeni dərmanın ağciyər iltihabını və xəstəliyin ölümə səbəb olmasının qarşısını aldığını deyiblər. İstehsalçı şirkət isə yeni məhsulun təsirlərini görmək üçün 6 həftə vaxt lazım olduğunu bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department