İçməli suyun keyfiyyəti barədə qanun qəbul ediləcək
![](https://ena.az/uploads/news/2020-03/_ena_8c15cb525f0c05951f875c18a_o.jpg)
İçməli suyun keyfiyyəti barədə qanun qəbul ediləcək.
Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
Sazişə əsasən, tərəflər içməli su, onun təchizatı və keyfiyyəti barədə qanun layihəsinin qəbul edilməsinə nail olmaq barədə öhdəlik götürüblər.