Bank

"Yelo Bank"ın "Novruz xonçası" onlarla ailəni sevindirdi

Novruz bayramı xeyirxahlıq və birlik rəmzidir. Yelo Bank ailəsi bunu dörd həftə ərzində bir sıra regionda aztəminatlı ailələlərə bayram sovqatı paylamaqla bir daha nümayiş etdirdi.

Ardıcıl olaraq ilk üç çərşənbədə "Lənkəran", "Bərdə" və "Gəncə" filiallarının kollektivləri bu regionlarda yaşayan insanlara əsl bayram əhval-ruhiyyəsi yaşatdı.

Sonuncu olaraq estafeti qəbul edən Bakı və Sumqayıtda fəaliyyət göstərən filialların əməkdaşları da həmkarlarından geri qalmadı. Bu, həm də dost xonçası idi! Belə ki, kollektivimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin #DostXonçası layihəsinə qoşularaq tənha yaşayan ahılları İlaxır çərşənbədə hədiyyəsiz qoymadı. Necə deyərlər, dost payı şirin olar!

Ürəklə və təbəssümlə xidmət etmək üçün dəyişən Yelo Bank yalnız müştərilərinə deyil, hər kəsə təbəssüm bəxş etməkdən məmnundur.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department