Neft kəskin ucuzlaşdı - 21 DOLLARA DÜŞDÜ
Dünya birjalarında neftin qiyməti azalmaqda davam edir.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 4,97 dollar və ya 19,11% azalaraq 21,80 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 3,26 dollar və ya 11,35% azalaraq 25,47 dollar təşkil edib.