Neft 17 ilin ən böyük düşüşünü yaşayır - 25 DOLLARA QƏDƏR UCUZLAŞDI
Dünya birjalarında neftin qiyməti azalmaqda davam edir.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,34 dollar və ya 4,37% azalaraq 25,57 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,85 dollar və ya 2,96% azalaraq 27,88 dollar təşkil edib.