Neft daha da ucuzlaşdı - YENİ QİYMƏT
Dünya birjalarında neftin qiyməti azalmaqda davam edir.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,03 dollar və ya 6,40% azalaraq 29,70 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 3,01 dollar və ya 8,89% azalaraq 30,84 dollar təşkil edib.