"Gəncədə partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək"
![](https://ena.az/uploads/news/2018-11/_businessinsider_44f632ec47fc1cb9ecdc80221_o.jpg)
Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək.
Bu barədə fövqəladə hallar nazirinin müavini Etibar Mİrzəyev məlumat verib.
E.Mirzəyev bildirib ki, sakinlər üçün yeni bina tikilərək təhvil veriləcək: "Hazırda axtarış və təmizləmə işləri davam etdirilir. Binanın bir blokunda yerləşən dörd mənzil tamamilə dağılıb. Dördüncü və üçüncü mərtəbələrdə yaşayış olmayıb. Partlayış birinci mərtəbədə baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralıdır. Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar. Hadisənin dəqiq səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək".