Sahibkarlar "Hacıbalanın öküzü"nü necə tapdılar?
Azərbaycana gələn xarici qonaqları "biznes missiya" çərçivəsində milli sahibkarla görüşə aparırlar. Görüş Suraxanı rayonunun ərazisində olacaqmış. Müəssisə isə "Gilan Holding"in yem bazası kimi tanınır. Sahibkar yerləşdiyi yeri tərif ediərək deyir: "Suraxanda dəmir yolunu keçin, Zığa gedən yolda "Hacıbalanın öküzünün yanında görüşək".
Missiyadakı qonaqlar düşünüblər ki, "Hacıbalanın öküzü" hər hansı mağaza adıdır və taksi sürücüsündən "Hacıbalanın öküzü mağazası"nı tapmağı xahiş ediblər. Nağıl dili yüyrək olar, Suraxanıda az gediblər, üz gediblər, çox dolaşıblar, amma bu adda bir mağaza tapmayıblar. Nəhayət, taksi sürücüsünün yadına düşüb ki, Hacıbala müəllimin Suraxanıda abidəsini qoydurduğu məşhur heyvan heykəllərindən biri də öküzdür. Sahibkarlar məhz həmin öküzün heykəlinin qarşısında bir-birlərilə əl sıxışıblar)))