“AFB Bank”ın Müşahidə Şurasında YENİ TƏYİNAT

“Azsığorta” ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyev «AFB Bank» ASC-nin Müşahidə Şurasının üzvü vəzifəsinə təyin edilib. Bu barədə bankın məlumatında deyilir.
“O, 25 fevral 2020-ci il tarixindən etibarən vəzifəsinin icrasına başlayıb”, - deyə məlumatda bildirilir.
V.Maniyev “Azsığorta” ASC-nin Direktorlar Şurasının sədri kimi də fəaliyyətini davam etdirəcək.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərinin həcminə görə ölkənin 15 aparıcı bankı sırasına daxildir. Bankın səhmdarları 3 fiziki şəxsdir.