Vilayət Eyvazovdan yeni TƏYİNAT
![](https://ena.az/uploads/news/2020-03/_ena_75f1c83c0b42de779f746b03f_o.jpg)
Daxili İşlər Nazirliyində növbəti təyinat olub.
ENA.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Surxay Cəfərov DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsinə rəis vəzifəsinə gətirilib.
Qeyd edək ki, o, bundan əvvəl DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi vəzifəsində işləyib.