MALİYYƏ

ARDNF istiqraz yatırımlarını azaldıb, səhm investisiyalarını artırıb

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlara investisiyaları 35 milyard 280,589 milyon manat təşkil edib.

ENA.az Fondun illik hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 17,1 % azdır.

İl ərzində ARDNF-in səhmlərə investisiyaları isə 23,1 % artaraq 27 milyard 954,841 milyon manata çatıb.

Hesabat dövründə istiqrazlara investisiyaların qurumun akltivlərindəki payı 41,5 %-dən 28,1 %-ə düşüb, səhmlərə investisiyaların payı isə 22,1 %-dən 22,2 %-ə yüksəlib.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)