Hadisə

Azərbaycanda üç yüksək vəzifəli şəxs SAXLANILDI

Saxlanılan E.Hüseynov Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkənidir.

Məsələ ilə bağlı açıqlama verən Ş.Xanbabayev kürəkəninin saxlanıldığını təsdiqləyib:

“Bəli saxlanılan şəxs kürəkənimdir. Biz də indi məlumat almışıq. Emil Hüseynovun niyə saxlanıldığı barədə dəqiq məlumatımız yoxdur”.

14:02

Azərbaycanda qaçaqmalçılıqla bağlı üç yüksək vəzifəli məmur saxlanılıb.

ENA.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs həbs olunublar. 

Hazırda faktla bağlı araşdırma aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)