Birja

"Bakı Fond Birjası"nın dövriyyəsi 60% azalıb

Bu ilin yanvar-fevral aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 1 095,765 milyon manat təşkil edib.

ENA.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,8% azdır.

Bununla belə, ötən 2 ayda bağlanmış əqdlərin sayı isə 0,4% artaraq 783 olub.

BFB-nin dövriyyəsinin 41,1%-i, yaxud 450,207 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 82,7% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7 dəfə artaraq 404,353 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 3,8 dəfə artaraq 241,205 milyon manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department