Sağlamlıq

Viktor Qasımov Səhiyyə nazirinin müavini təyin edildi - SƏRƏNCAM

Səhiyyə Nazirliyində yeni təyinat olub.

ENA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Viktor Qasımov Səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

Bununla da Səhiyyə nazirinin müavinlərinin sayı 4-ə çatıb.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a fakt təsdiqlənib.

Qeyd edək ki, V.Qasımov bu təyinata qədər Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri vəzifəsində çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department