Bank

Bankir: Keyfiyyətli biznes layihələrinin çatışmazlığı var

“VTB Azərbaycan” da əksər banklar kimi yüksək likvidliklə üzləşib, yəni bankın pulu var, lakin onu yerləşdirməkdə çətinlik çəkir.   

ENA.az-ın sualını cavablandıran “VTB Azərbaycan”ın İdarə Heyətinin sədri Yevgeni Kirin bildirib ki: “Əlavə 70 milyon manat vəsaiti biz yerləşdirə bilərdik, ancaq keyfiyyətli biznes layihələrinin çatışmazlığı var”.

Bankirin qənaətinə görə, banklardan kredit almamaqda sahibkarların da öz səbəbləri var və bu məsələri bank sektoru ilə sahibkarlar birlikdə həll etməyə çalışmalıdırlar.

“Bankın likvid vəsaitlərinin aktiv istifadə olunması, daha yaxşı gəlir gətirməsi mümkündür və hamı bilir ki, pulların dövlət qiymətli kağızlarında yerləşdirilməsi kredit qədər gəlirli deyil. Amma bank riskləri də qiymətləndirir, çünki pulu verib geri ala bilməmək ciddi nəsticələrə səbəb olur. Hazırda bankın kredit portfelinin strukturuna gəlincə, hesab edirəm ki, bütün banklarda olduğu kimi bu, ölkə iqtisadiyyatının strukturuna uyğundur. Və mən qeyd edim ki, bu yalnız Azərbaycanda deyil, Rusiyada və əksər ölkələrdə belədir”, deyə bankir qeyd edib.  

Yəni, Azərbaycanda bankların gəlirləri əsasən ticarət sektoru ilə məşğul olanların idxal-ixrac əməliyyatları zamanı istifadə etdikləri pul köçürmələrindən formalaşır.

Bank sektoru bu gün daha çox qısa müddətli pullarla işləyir və bu pulların alıcısa da ticarətlə məşğul olan sahibkarlardır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)