ENA+

FED koronavirusa görə uçot dərəcəsini endirdi

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinə yenidən baxıb.

ENA.az xəbər verir ki, bu barədə nizamlayıcının saytında bildirilir.

Məlumata görə, Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,5% bəndi azaldıb və 1-1,25% səviyyəsində saxlayıb. 

"ABŞ iqtisadiyyatı hələ də güclüdür. Lakin koronavirus iqtisadi fəallıq üçün yeni risklərin artmasına zəmin yaradır. FED məhz bu səbəbdən uçot dərəcəsinin 0,5% bəndi aşağı salınmasına qərar verib", - məlumatda vurğulanıb. 

Ümumiyyətlə ABŞ-da koronavirusdan 6 nəfər ölüb, 103 nəfər isə bu infeksiyanın daşıyıcısıdır. 

Qeyd edək ki, FED bundan əvvəl uçot dərəcəsinə cari il yanvarın sonunda baxmış və sabit saxlamışdı. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 92 275-ə çatıb. Bunların 48 451 nəfəri sağalıb, 3 131 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)