Maska, spirt təminatı bizim səlahiyyətdə deyil - TƏBİB RƏSMİSİ
Nazirlər Kabineti yanında operativ qərargah ölkədə yaranan tibbi spirt və maska çatışmazlığına münasibət bildirib.
ENA.az-ın məlumatına görə, qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib ki, onların səlahiyyətində olan xəstəxanalarda belə problem yoxdur:
"Ümumi respublikanın maska və tibbi spirtlə təminatı bizim səlahiyyətimizdə deyil".
TƏBİB-in Yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, maskanı xəstəliyə yoluxmuş şəxs taxmalıdır:
"Bu da infeksiyanın ətrafa yayılmasının qarşısını alır".
Respublikanın baş infeksionisti Cəlal İsayev deyib ki, maska qıtlığı məsələsi daha çox mətbuat tərəfindən şişirdilir.