Azərbaycanın sənaye sektorunda biznes inam indeksi azalıb
Bu ilin fevral ayında Azərbaycanda sənaye sektoru üzrə biznes inam indeksi 11,6 bənd təşkil edib.
“ENA” xəbər verir ki, bu, yanvar ayı ilə müqayisədə 7,5 bənd azdır.
Bu ay biznes inam indeksi tikinti sektorunda 4 bənd artaraq 17,8 bənd, ticarət sektorunda 0,3 bənd artaraq 16,5 bənd, xidmət sektorunda isə 3,2 bənd artaraq 16 bənd olub.