Bank

“Neft ucuzlaşır, ancaq devalvasiya olacağına inanmıram” - BANKİR

"Koronovirus ilə əlaqədar olaraq neft ucuzlaşır. Amma mən bu dəfə devalvasiya olacağını gözləmirəm".

ENA.az xəbər verir ki, bunu jurnalistlər ilə görüşündə Unibank-ın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.

Bankir, "Biz optimistik” deyərək sözlərinə belə davam edib:

“Düzdür neft ucuzlaşmaqda davam edir. Görürəm insanlarda yüngülvari qorxu var. Mən inanmıram ki, koronavirusun ölkəmizə ciddi mənfi təsiri olsun. Devalvasiyaya imkan veriləcəyinə də inanmıram. Bu gün Azərbaycanın 50 milyard dollardan artıq valyuta ehtiyatları var. Eyni zamanda, dövlət başçısı səviyyəsində islahatlar aparılır, inkişaf yönümlü addımlar atılır. Lazım gələrsə sabitliyin qorunması üçün valyuta ehtiyatlarından bir neçə milyard dollar xərclənə bilər. Bir müddət sonra koronavirus da nəzarət altına alınacaq və vəziyyət normala qayıdacaqdır”.

Qeyd edək ki, 2020-ci ilin əvvəlindən bəri neft qiymətləri 20%-dən çox düşüb. Bu dəqiqələrdə Brent nefti 52 dollardan alıcı tapır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)