Sosial iqtisadiyyat

Tehran reysi ilə gələnlər Ankarada karantinə alındı: 132 sərnişin və heyət 14 gün nəzarətdə qalacaq

Tehran-İstanbul uçuşunu icra edən təyyarə korona virusu şübhəsi ilə Esenboğa Hava limanına endi. İddiaların sürətlə yayılmasından sonra Səhiyyə naziri "virusa rast gəlinmədi. Qorumaq üçün çox səy göstəririk", deyə açıqlama ilə çıxış edib. 


ENA.az xəbər verir ki, İrandan İstanbula gələn və 132 sərnişini olan təyyarə Bakı vaxtilə saat 11.29-da Ankara Esenboğa Hava Limanına enib.

Tehran-İstanbul aviareysi edən təyyarədəki sərnişinlərin hamısında ilkin müayinə aparılıb. Saat 12.30-dan etibarən Səhiyyə Nazirliyi ikinci yoxlama üçün təyyarəyə daxil olub. 

"132 sərnişin və heyət 14 gün nəzarət altında qalacaq", deyən səhiyyə naziri Fəxrəddin Koca, İrandan Türkiyəyə dönmək istəyən Türk vətəndaşları üçün havayolunun açıq olduğunu ifadə edib.

"İrandan ölkəmizə qayıtmaq istəyən Türkiyə vətəndaşları üçün xüsusi bir ekspedisiya təşkil edildi. İrandan ölkəmizə gələn Türkiyə vətəndaşları 14 gün müşahidə altında qalacaq.

Həmçinin Türk Hava Yollarına məxsus TK879 reysinin Ankaraya enməsi planlaşdırılır. Təyyarədə olan 132 türk sərnişini və ekipajı əvvəlcədən təxliyə edilmiş və ilkin yoxlamalar, karantin prosesləri üçün Zekai Tahir Burak Xəstəxanasına köçürüləcək". 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)