Maliyyə Nazirliyinə məxsus şirkətin direktoru dəyişib
![](https://ena.az/uploads/news/2020-02/_ena_cdc86a9432de291da852a2c42_o.jpg)
Maliyyə Nazirliyinə məxsus “Məlumat Hesablama Mərkəzi” MMC-nin direktoru Əbdül Dadaşov pensiya yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.
Şirkətə rəhbərlik onun müavini Elnur İbrahimova həvalə olunub.
Xatırladaq ki, “Məlumat Hesablama Mərkəzi” 1996-cı ildə, 6 min manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin əsas məqsədi maliyyə proseslərinin idarə edilməsini təkmilləşdirməkdir.