ENA+

Türkiyə ordusu hərbi əməliyyata başladı

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşşar Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.

ENA” “Halab Today”ə istinadən xəbər verir ki, Türkiyə ordusu rejim qüvvələrinin Serakibdəki qərargahlarını reaktiv yaylım atəş sistemi vasitəsilə atəşə tutub. 

Bundan başqa, sosial şəbəkələrin müxalifətə yaxın səhifələrində yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-nı və B.Əsəd qüvvələrinə məxsus 1 tankı məhv edib.

Hökumətə yaxın mənbələrin bildirdiyinə görə isə, Rusiya hərbçiləri Serakib, Neyrab və Maarat ən-Numan şəhərlərindən çəkilməyə başlayıblar.

Məlumata görə, Suriyanın Bilal Bakkour adlı generalı da öldürülüb.

“CNN Türk”ün xəbərinə görə, İdlibdə B.Əsəd qüvvələrinin hücumlarının qarşısını almaq üçün bölgəyə Türkiyə Silahlı Qüvvələrinin tankları və komandoları göndərilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)