İranda daha üç nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

İranda 3 nəfərin koronavirusdan ölməsindən sonra gərginlik davam edir.
“ENA” IRNA-ya istinadən xəbər verir ki, hazırda daha 3 nəfər koronavirus şübhəsinə görə İranın Babül Universitetinin xəstəxanasına yerləşdirilib.
Məlumata görə, koronavirus diaqnozu yalnız tam müayinədən sonra məlum olacaq.