Bank

Hansı banklar büdcəyə vergi ödəməyiblər: CƏDVƏL+SƏBƏBLƏRİ

Məlum olduğu kimi, "Atabank" son rüb üzrə maliyyə hesabatını açıqlamayıb. Buna görə də 29 bankın mənfəətdən dövlət büdcəsinə ödədiyi verginin həcmini araşdırdıq və məlum oldu ki, 14 bank vergi ödəməyib. Hansı banklar büdcəyə vergi ödəməyib və niyə ödəmir və bu hansı hallarda ola bilər? Bu suallara cavab tapmağa çalışacağıq.  

 

ENA.az olaraq, bankların vergidən əvvəlki mənfəətlərini və ödənilən verginin həcmini cədvəl formasına saldıq. Cədvəldən görünür ki, "Access Bank", "AGBank", "Amrah Bank", "Bank BTB", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Günay Bank", "Muğan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "Rabitəbank", "Turan Bank", "Unibank" və "Yelo Bank" mənfəət vergisi ödəməyiblər. 

 

Bankların adı

Vergidən əvvəlki mənfəət

Ödənilən mənfəət vergisi

Bank Respublika

20 423

0

AFB Bank

7338

1094

Bank of Baku

31 531,84

6 961,18

Xalq Bank

41969.69

8522.72

Unibank

78667

100

Azərbaycan Sənaye Bankı 

9668

1979

Naxçıvan Bank

6519

1340

MuğanBank  

-8254

0

Azərbaycan Beynəlxalq Bankı 

374789

72463

Yelo Bank

68,7

0

NBCBank

1,35

0

Günay Bank  

2173,8

 

Kapital Bank

172592

37884

Ziraat Bank Azərbaycan

3935

792

Bank BTB

7523

0

AGBank

-2 122,00

0

Azər Türk Bank

1054

451

VTB Bank  

4755

0

Rabitəbank

3124

0

Access Bank

-89704

0

Bank Avrasiya  

6714

1357

PAŞA Bank  

82526

17486

Yapı Kredi Bank Azərbaycan  

5372

1396

Premium Bank 

11207

2339

TuranBank 

 

 

Bank Melli İran  

-16543

13921

Amrahbank

 

 

National Bank of Pakistan  

-401

0

Expressbank  

21073

1952

 

Bəs niyə vergi öhdəliyi icra edilməyib? Bank yalnız bir halda mənfəət vergisi ödəməyə bilər ki, o zərərdə olsun. Bank hesabat dövrünü zərərlə bağlamayıbsa, mütləq vergi ödəməlidir.

Cədvəldən göründüyü kimi, 2019-cu ildə 5 bank ili zərərlə bağlayıb, bunların sırasına aiddir: Pakistan Milli Bankı, Bank Melli İran,  Access Bank, AGBank, Muğan Bank. 

Daha əvvəllər bir istisna da var dı ki, bank əldə etdiyi mənfəəti kapitala yönəldirdisə bu zaman həmin hissə mənfəət vergisindən azad idi. Amma bu azadolma yalnız 2009-2012-ci illəri əhatə edib, yəni hazırda hüquqi qüvvəsi yoxdur.

Deməli, yerdə qalan 9 bank isə mənfəət açıqladığından mütləq büdcəyə vergi ödəməlidir. 

 

Bəs "0 vergi" nəyi göstərir və niyə ödənilməyib? 

İlk növbədə qeyd edək ki, bankın "Mənfəət-zərər" hesabatında ödənilən mənfəət vergisinin "0" göstərilməsi həmin bankın vergi ödəməyəcəyi anlamına gəlmir.

1. Ola bilər ki, bankın əvvəlki illərdə əlavə ödəmələri olub və bu halda əvəzləşdirmə olacaq. Yəni, bankın təxirə salınmış vergi aktivi varsa, deməli əvvəlki illərdə ödəmələri çox olub və bu zaman əvəzləşdirmə baş verəcək. 

2. Bəzən banklar vergini hesablasa da hələki ödəmir. Bank gözləyir ki, kənar audit illik hesabatı təsdiqləsin və nəticələr üzrə ödəməni həyata keçirsin.

3. Bundan başqa, banklar vergilərə əvvəlcədən avans şəklində ödəmə edir, ancaq bu ödəmələr mənfəət vergisi adı altında öz əksini tapmır, digər aktivlərdə oturur. Yəni, mənfətdən ödənilən verginin "0" görünməsi bankın vergi ödəməyəcəyini göstərmir.   

Yəni, banklardan 9-u - "Bank BTB", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Günay Bank", "NBC Bank", "Rabitəbank", "Turan Bank", "Unibank" və "Yelo Bank" 2019-cu ili mənfəətlə başa vurduğundan onlar vergi öhdəliyini icra edəcəklər. Bunun üçün bankların 2020-ci ilin birinci rübünün sonuna qədər vaxtları var.  

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı