“Bloomberg” “əl dəyişdirə” bilər

ABŞ-ın “Bloomberg” agentliyi satıla bilər.
Bu barədə “Forbes” jurnalı yazıb.
Məlumatda deyilir ki, agentliyin sahibi, ABŞ prezidentliyinə namizəd Maykl Blumberq seçkilərdə qələbə qazansa media qurumunu satacaq.
Hazırda o, dünyanın 8-ci ən zəngin insanıdır və varidatı 62,8 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
Xatırladaq ki, hazırda ABŞ-a rəhbərlik edən Donald Tramp prezident seçikdikdən sonra daşınmaz əmlak şirkətlərini satmadığına görə, M.Blumberq onu sərt tənqid etmişdi.