Gürcüstan bankı Azərbaycan bazarına daxil olmağı planlaşdırır
Gürcüstanın “TBC Bank”ı Azərbaycanın bank bazarına daxil ola bilər.
Bunu bankın baş icraçı direktoru Vaxtanq Butsxiridze 2019-cu ilin nəticələri ilə bağlı media nümayəndələri və ekspertlərin iştirakı ilə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, “TBC Bank” gələcəkdə həm Azərbaycan, həm də Özbəkistan bank bazarlarlarına daxil olmağı planlaşdırır.
Qeyd edək ki, “TBC Bank” ötən il Gürcüstanın ümumi bank bazarının depozit portfelinin 39,3%-ni, kredit portfelinin isə 38,7%-ni təmin edib.
Xatırladaq ki, hazırda Azərbaycanda xarici kapitallı 14 bank (nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini təşkil edən 7 bank, nizamnamə kapitalının 50%-dən az olan hissəsini təşkil edən 7 bank, xarici bankların filialları 2 bank) fəaliyyət göstərir.