BİZNES

“Çinar Park”ın sədri vəzifəsindən azad olunur, rəhbərliyi dəyişdirilir

30 mart 2020-ci il tarixində “Çinar Park” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

ENA” ASC-nin bildirişinə istinadən xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. “Çinar Park” ASC-nin 2019-cu maliyyə ili üzrə maliyyə hesabatına baxılması.

2.“Çinar Park” ASC-nin idarə heyətinin sədrinin vəzifədən azad olunması və idarə heyətinin yeni sədrinin təyin edilməsi.

3. .“Çinar Park” ASC-nin müşahidə şurasının üzvlərinin dəyişdirilməsi.

4. Təşkilati məsələlər.

Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllədə 5 nömrəli binada keçiriləcəkdir.

Qeyd edək ki, “Çinar Park” ASC-nin idarə heyətinin sədri Araz Rəhimovdur.

“Çinar Park” ASC-nin 2017-ci il üzrə audit olunmuş maliyyə hesabatına görə, “Çinar Park” ASC-nin səhmlərinin 98,78%-i Mirzəyev Həsən Müşfiq oğluna məxsus olub. Hesabatda şirkətin nizamnamə kapitalı 115 min 388 manat göstərilib.

 

ƏMLAKI GİROV QOYULMUŞDU

“Çinar Park” ASC-nin əmlakı, “Xalq” Bank ilə “Elektroterm” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə girov qoyulmuşdu. Ötən ilin Noyabr ayında keçirilmiş “Çinar Park” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyindəki məsələ “Çinar Park” ASC-nin əmlakının bank girovundan çıxarılması idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)