Azərbaycanda yeni, yerli kartof toxumları satışa çıxarılıb
“Azərbaycan elmi-tədqiqat institutlarının yaratdığı yeni sortlar xarici sortlarla müqayisədə quraqlığa daha davamlıdır və rəqabətqabiliyyətlidir”.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik-Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.
Onun sözlərinə görə, artıq 4 yeni, yerli kartof toxumu bazarlarda satılır.
“Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda həm faraş kartofla, həm də təzə kartofla bağlı təhqiqat işləri aparılır: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə milli kartofçuluq sistemi adlı layihəmiz həyata keçirilir. Məqsədimiz bu istiqamətdə yerli toxumçuluq sistemini daha da təkmilləşdirməkdir”, – o qeyd edib.
Xatırladaq ki, Azərbaycanın kartofa olan illik tələbatı 1 milyon tondur.