“UniCredit” 450 şöbəsini bağlayır
İtaliyanın “UniCredit” bankı 3 illik məhsuldarlıq planı çərçivəsində ölkədə 450 şöbəsini bağlayacaq.
“ENA” xarici mətbuata istinadən xəbər verir ki, bunu bankın CEO-su Jan Mustier bildirib.
Bankın ötən ilin dekabrında açıqladığı plana görə, 2023-cü ilə qədər işçe heyətinin 9%-ni təşkil edən 8 min işçi ixtisar edilməlidir. Ümumiyyətlə isə “UniCredit” 2014-cü ildən bəri 20 min nəfəri işdən çıxarıb. İxtisarların 14 mini və yaxud 70%-i J.Mustierin dövründə reallaşıb.