Sənaye

“Azərbaycan Sənaye Korporasiyası” 2 şirkətinə "maya qoydu"

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Şüşə” MMC-nin nizamnamə kapitalı 230 min manat və yaxud 0,8% artırılaraq 28 milyon 498 min 485 manatdan 28 milyon 728 min 485 manata çatdırılıb.

Bu barədə Korporasiyaya istinadən xəbər verilir. 

Bundan başqa, quruma məxsus “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin də nizamnamə kapitalı 2 milyon 896 min 924 manat və yaxud 75,8% artırılıb. Son nəticədə şirkətin kapitalı 3 milyon 820 min 865 manatdan 6 milyon 717 min 789 manata çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)