Sosial iqtisadiyyat

Bakıda havanın temperaturu normadan 4-6 dərəcə yüksək olub, sabah kəskin dəyişəcək - AÇIQLAMA

“Bu gün Bakıda havanın temperaturu normadan 4-6 dərəcə yüksək olub”.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində fevralın 6-7-də temperaturun isti olacağı ilə bağlı əvvəlcədən proqnoz verilib:

“Bu gün Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 20-22, Mərkəzi Aran rayonlarında 22-23 dərəcə təşkil edib. Anomal temperatur müşahidə olunsa da, rekord göstərici qeydə alınmır. Fevral ayında ən isti temperatur 1955-ci ildə (27 dərəcə isti) qeydə alınıb. 2002-ci ildə isə fevral ayında 23,5 dərəcə müşahidə olunub”.

A.Verdiyev bildirib ki, bununla yanaşı, bu gün gecə cənub-qərb küləyi qalmaqda davam edəcək. Bölgələrdə də qərb küləyi əsəcək.  

Sabah da nisbətən isti hava şəraiti müşahidə olunacaq. Fevralın 7-si axşamdan şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişəcək, cənub-qərb küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur aşağı düşəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department