Emobile işçi axtarır - MAAŞ 800-1000 MANAT
Partnyor şirkətlərlə iş üzrə mütəxəssis – Emobile
Şirkətimiz loyallıq və digər marketing, satış layihələrinin yaradılması və icra olunması sahəsində ixtisaslaşıb. Hazırda layihələrimizdə bizə qoşulacaq komanda yoldaşı axtarırıq.
İş barədəsində məlumat
- Layihələrimiz çərçivəsində partnyorluq edə biləcəyimiz şirkətlərin araşdırılması
- Şirkətlərin səlahiyyətli şəxsləri ilə görüşlərin keçirilməsi və onlara layihələrimiz haqqında təqdimat və təklifin edilməsi
- Partnyor şirkətlərə müştərilərin yönləndirilməsi məqsədli ideya və təkliflərin hazırlanması
- Partnyor şirkətlərlə birgə kampaniyaların həyata keçirilməsi
- Layihələrimiz çərçivəsində kiçik komandaların idarə edilməsi
- Layihələrimiz çərçivəsində qoyulmuş şəxsi və komanda hədəflərinə çatmaq
- Görülən işlər ilə bağlı periodik hesabatların hazırlanması
İş saatları: 09:00-dan 18:00-dək
İstirahət günləri: Şənbə - Bazar
Maaş: 800-1000 AZN
Namizədə tələblər
- Məqsədyönümlü, təşəbbüskar və yaradıcı olmalıdır
- Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə və təqdimat hazırlamaq bacarıqlarına malik olmalıdır
- Ünsiyyət qurma bacarığı olmalıdır
- İdarəetmə bacarığı arzuolunandır
- Marketing və satış sahəsində təcrübəli olması vacibdir
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus
- Təhsil: Ali
Xahiş edirik CV-nizi office@emobile.az mail ünvanına göndərəsiniz.
Elanın bitmə müddəti – 06.03.2020