Mark Zuckerberg, WhatsApp-dan pul qazanmaqda qərarlıdır - YENİLİKLƏR
2014-cü ildə Facebook tərəfindən alınan WhatsApp o gündən pulsuz bir şəkildə xidmət edir. Lakin Facebook görünən odur ki, WhatsApp-dan pul qazanmaqda qərarlıdır. Facebook CEO-su Mark Zuckerberg bu haqda açıqlamalar verib. Şirkət hal-hazırda WhatsApp üçün yeni bir gəlir modeli üzərində işləyirlər.
WhatsApp Pay və WhatsApp-da alış-veriş funksiyaları üzərində işlər davam edir. WhatsApp Pay hal-hazırda Hindistanda aktivdir.
Mark Zuckerberg tərəfindən açıqlanan məlumatlara görə şirkət əsasən WhatsApp Pay və WhatsApp Alış-veriş funksiyalarına fokuslanacaq. WhatsApp Pay ilə pul göndərmək şəkil göndərmək qədər asan olacaq. Hal-hazırda Hindistanda aktiv olaraq istifadə edilir. Digər tərəfdən WhatsApp Alış-Veriş funksiyası da təkmilləşdilir. Bu funksiya ilə istifadəçilər profillərdə olan məhsul kateqoriyalarından WhatsApp Pay ilə istənilən məhsulu ala biləcəklər. Bu 2 funksiyanın nə vaxt qlobal istifadəyə veriləcəyi bəlli deyil.
Qeyd edək ki, WhatsApp 2014-cü ildə 22 milyard dollara Facebook tərəfindən alınmışdır. O zamanlar 0.99 dollar tələb edən servis, Facebook tərkibinə qatıldıqdan sonra tamamilə pulsuz oldu.