MALİYYƏ

Əhali "qara bazar"a axın edib - DOLLAR SATMAQ ÜÇÜN

İranda Dolların sürətli şəkildə 17 min tüməndən 10 min tümən səviyyəsinə (170 min rialdan 100 min riala) düşməsilə əhali "qara bazar"a axın edib.
 

"Bİ.az" xəbər verir ki, Dolların daha çox düşməsindən narahat olan insanlar, paytaxt Tehran başda olmaqla bir çox şəhərdə gecə yarısı dollarını dəyişmək üçün küçələrə çıxıblar. Səhər saatlarında artıq dolların alışı dayandırılıb.

 Dolların düşməsinə İran Mərkəzi Bankının açıqlaması səbəb olub. Açıqlamaya görə, bundan sonra 10  xidmət sektoruna Dollar  8 min tüməndən satılacaqdır. Dolların sürətli ucuzlaşmasına, İranda dövlətə yaxın medianın "dollar düşür" xəbərlərinin də təsiri olduğu bildirilir.
Digər tərəfdən, səhər saatlarında 10 min tümənə zəifləyən dolların günortadan sonra təkrar 15 min səviyyələrinə qalxdığı da bildirilir.
İranda mart ayında 4 min 500  tümən səviyyəsində olan dollar, ABŞ-ın nüvə müqaviləsindən çıxmasından  sonrakı bir neçə ayda 8-10 min tümənə çıxmış, hökumətin tədbirlərinin işə yaramaması ilə son günlərdə 17 min səviyyəsini görüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)