Şotlandiya şirkəti 20 illik fəaliyyətindən sonra Azərbaycanı TƏRK EDİR

Şotlandiyanın “Weir SOS Limited” Şirkəti 20 ildən sonra Azərbaycan bazarını tərk etmək qərarına gəlib.
ENA.az bu barədə Vergilər Nazirliyindən aldığı məlumata istinadən xəbər verir.
2000-ci ilin dekabrında dövlət qeydiyyatına alınan şirkət Azərbaycandakı nümayəndəliyini ləğv etdiyini açıqlayır. Banker.az şirkətlə əlaqə saxlamaq istəməsinə rəğmən, zənglər cavabsız qalıb.

Şirkət 1871-ci ildə mühəndislər tərəfindən təsis edilib və əsas fəaliyyət istiqamətləri neft-qaz sektorunda iri layihələrdə təhlükəsizlik məsələləri üzrə podratçıdır.
Hazırda dünyanın 50 ölkəsində nümayəndəliyi var. Baş ofisi Şotlandiyanın Glazqo şəhərində yerləşir.