Sosial iqtisadiyyat

Fələstin İsrail və ABŞ-la bütün əlaqələrini kəsdi

Bu gün Fələstin prezidenti Mahmud Abbas İsrail və ABŞ-la bütün əlaqələrin dayandırıldığını elan edib.

"ENA" TASS-a istinadən xəbər verir ki, o, bunu Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında bəyan edib. 

"Mən Netanyahuya (İsrailin Baş naziri) və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinə məktüb ünvanlamışam. Bundan sonra Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində əməkdaşlıq etməyəcək və əvvəllər imzalanmış bütün razılaşmalar bizim üçün qüvvədən düşüb.", - M.Abbas deyib.

Onun sözlərinə görə, Amerika tərəfinin planı münaqişənin həllinə yardım etməyəcək.

O, ABŞ prezidenti Donald Trampın təklif etdiyi "əsrin sazişi" əsasında İsrail ilə danışıqlar aparılmasının mümkünsüzlüyünü bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)