“Azərtexnolayn” Özbəkistanda zavod tikəcək
Azərbaycanda fəaliyyət göstərən “Azərtexnolayn” MMC Özbəkistanda polietilen boru istehsalı zavodu tikməyi nəzərdə tutur.
Bununla bağlı razılıq “Azərtexnolayn” MMC-nin direktoru Məmmədcəfər Məmmədovla Özbəkistan xarici sərmayənin cəlb edilməsi Agentliyinin şöbə müdiri Bexzod Baxodirov arasında əldə edilib. Özbəkistan tərəfi zavodun Buxara, Səmərqənd və ya Daşkənd vilayətində tikilməsini təklif edib.
Görüşdə bir sıra texniki məsələlər, həmçinin gələcəkdə əlaqələrin daha da dərinləşdirilməsi müzakirə olunub.
M.Məmmədov bildirib ki, artıq “Azərtexnolayn” MMC-nin Özbəkistanda satış ofisi fəaliyyət göstərir. Şirkət polietilen boru istehsalı zavodu layihəsi çərçivəsində 300-400 min dollar ayırmaq niyyətindədir. Zavod hazır olduqdan sonra təxminən 40 iş yeri açılacaq.