“Azəristiliktəchizat” bir komputeri 264 707 manata alır – FOTO
Bakı şəhərində və respublikanın regionlarında istilik təchizatını təmin edən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 264 707 manat dəyərində (bu müqavilədə də belə qeyd edilib) 1 komputer alacaq.
ENA.az xəbər verir ki, bununla bağlı “ELEKTROGAS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1305632291) ilə bununla bağlı satınlama müqaviləsi imzalayıb.
Müqavilənin predmetində qeyd edilir ki, məsafədən nəzarət ölçü sistemləri və elektrotexniki avadanlıqların satınalınması xidməti nəzərdə tutulur.
Xatırladaq ki, şirkət 2018-ci ilin 13 avqustunda 20 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Şirkətlə bağlı tam informasiya üçün internetdənməlumat almaq bir qədər az olduğu üçün asan deyil.