Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Bakının mikrorayonlarında SU KƏSİLƏCƏK

Bakının mikrorayonlarında SU KƏSİLƏCƏK

Bu gün Bakının 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“ENA” bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, fasiləyə səbəb paytaxtın Nəsimi rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin istismara verilməsi və köhnə xətlərin ləğvidir. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.