Hadisə

Çində koronaviruslu xəstələri müalicə edən həkim virusdan öldü

Çinin Uhan şəhərində həkim koronavirusdan ölüb.

Yanvarın 16-sı 62 yaşlı otolarinqoloq Lyan Udunda koronavirusun əlamətləri aşkar edilib. Yanvarın 25-i yerli vaxtla saat 7:00-də həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 1280-i ötüb, ölənlərin sayı isə 41 nəfərə çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yayılması ilə əlaqədar təcili iclas keçirib və bütün ölkələri hazır olmağı tövsiyə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)