“Pepsi”nin Azərbaycan üzrə müəssəsi rəhbərliyinə yeni təyinat olub
Vüqar Abbasov “Pepsi” alkoqolsuz işçilərinin Azərbaycanda istehsalçısı olan “Mars Overseas Baku LTD” Məhdud Məsuliyyətli Müəssisəsi rəhbərliyinə gətirlib.
ENA.az xəbər verir ki, Banker.az-ın quruma yaxın mənbədən əldə etdiyi məlumata əsasən, o bu vəzifəyə 2020-ci ilin yanvarında təyin edilib.
Dəqiq olaraq V.Abbasov “Mars Pversees Baku LTD”də Baş əməliyyatçı inzibatçısı və İdarə Heyəti üzvü təyin edilib.
O, buna qədər 2011-ci ildən Azərbaycanda dövlət qeydiyyatına alınan “ALKE İnşaat Sanaye və Ticaret” ASC şirkətində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Banker.az bir müddət əvvəl bu şirkətin səhmdar cəmiyyətdən məhdud məsuliyyətli cəmiyyətə sevriləcəyi ilə bağlı məlumat da yaymışdı.