Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında neftin qiyməti azalıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,15 dollar və ya 0,26% azalaraq 58,39 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,36 dollar və ya 0,55% azalaraq 64,84 dollar təşkil edib.