Bank

“Bank of Baku”nun kapitalı artırılacaq

2019-cu ilin əvvəlindən “Bank of Baku”nun kapital kəsiri problemi olmayacaqdır.

"BI" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən Eldar Həmidov bildirib.

“2018-ci ilin sonunadək kapital çatışmazlığını aradan qaldıracağıq. 2019-cu ilin əvvəlindən sıxıntımız olmayacaq, “Bank of Baku”nun məcmu kapitalı 50 milyon manatdan yüksək olacaqdır”.

Eldar Həmidov qeyd edib ki, problemli kreditlərin geri yığılması sürətlənib: “Problemli kreditlərin yığılması ehtiyatların azad olması və “Bank of Baku”nun xalis mənfəət əldə etməsilə nəticələnir. Həm xalis mənfəət, həm də səhmdarların dəstəyi ilə kapital artırılacaqdır”.

Eldar Həmidov əlavə edib ki, oktyabrın sonunda "Bank of Baku"nun məcmu kapitalı 30 milyon manatdan yüksək olub. 

"Biz 2019-cu ildə qazanacağımız mənfəəti də kapitala yönəltməyi planlaşdırırıq",- bankir deyib.

Qeyd edək ki, banklara qarşı minimal məcmu kapital tələbi 50 milyon manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)